Avropa Parlamenti Aİ üzvlüyünə namizədləri “boz ərazilərdə” buraxmamağa çağırıb

Polşanın keçmiş xarici işlər naziri və Avropa Parlamentinin (AP) üzvü Anna Fotiga hesab edir ki, Avropa İttifaqının (Aİ) genişlənməsi qitədə sabitliyə nail olmaq üçün əsas vasitə olaraq qalır. X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində o, assosiasiya üzvlüyünə namizədləri “boz zona”da buraxmamağa çağırıb.

“Genişlənmə siyasəti Avropada sabitlik və firavanlığa nail olmaq üçün əsas alət olaraq qalır. Bu, strateji geosiyasi qərardır və biz tərəfdaşlarımızı boz zonada qoyaraq səhvləri təkrarlamağa imkan verə bilmərik”, – deyə parlamentari yazıb.

O qeyd edib ki, o, Balkanlardakı və Türkiyədəki vəziyyəti izləyir, həmçinin “qeyri-adi şəraitə baxmayaraq” Ukrayna və Moldovanın əldə etdiyi irəliləyişi yüksək qiymətləndirir. Onun fikrincə, Avropa İttifaqı da Gürcüstana “qapılarını bağlamamalıdır”, lakin ölkənin hakim partiyasının bəzi addımları “narahatedici”dir.

Mənbə: A Haber

Oxşar xəbərlər