ABŞ ordusu Husilərə məxsus bir neçə pilotsuz təyyarə və ballistik raketləri məhv edibbackend

ABŞ hərbçiləri Ənsar Allah hərəkatından Yəmən husilərinin beş pilotsuz uçan aparatını və iki ballistik raketini məhv edib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) özünün X sosial media hesabında məlumat yayıb.

“[ABŞ ordusu] Yəməndə Husilərin nəzarətində olan ərazidə dörd pilotsuz uçuş sistemi və iki gəmi əleyhinə ballistik raketi uğurla məhv edib. CENTCOM qüvvələri həmçinin Bab əl-Məndeb boğazına doğru atılan bir pilotsuz uçan aparatı da uğurla məhv edib”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, ABŞ hərbçiləri Qırmızı dənizdə Husilərin patrul gəmisini və dörd gəmi əleyhinə ballistik raketi məhv edib.

Mənbə: TASS