ABŞ İsrail və İran arasında hərbi münaqişədə iştirak etməməlidir. Bu barədə ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantı Daniel Devis “National Interest” jurnalı üçün yazdığı məqalədə yazıb.
Hərbçinin sözlərinə görə, əvvəllər İsrail öz ərazisinin müdafiəsinin öhdəsindən müstəqil şəkildə gəlirdi və ABŞ onun tərəfində hərbi əməliyyatlarda iştirak etmirdi.
Devis Vaşinqtonun avtomatik olaraq Yaxın Şərq regionunda növbəti hərbi münaqişəyə doğru getməsindən narahatlığını ifadə edib. Zabit ABŞ-ı müharibədən qaçmağa çağırdı, çünki bu, onlara çox baha başa gələcək.
Mənbə: National Interest