Nyu York Universitetinin nevroloqları beynimizin söhbət zamanı düzgün sözləri necə tapdığını izah edən mühüm kəşf ediblər. Bu, insult və ya beyin xəsarətləri nəticəsində nitq pozğunluğu olan xəstələrin müalicəsində kömək edə bilər. Tədqiqat Cell Reports (CellReps) elmi jurnalında dərc olunub.
Mütəxəssislər elektrokortikoqrafiya texnologiyasından istifadə edərək 48 xəstənin beyin fəaliyyətini tədqiq edib və söz seçimi prosesinə cavabdeh olan bir-birinə bağlı iki neyron şəbəkə aşkar ediblər.
Orta və aşağı frontal girusda yerləşən birinci şəbəkə sözlərin mənasını təhlil edir. İkincisi, aşağı frontal və precentral girusda yerləşir, tələffüz prosesinə nəzarət edir.