“Şimal axını 2”yə yeni hücum texniki baxımdan hər an mümkündür.
Bu barədə RİA Novosti-yə Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer məlumat verib.
“Texniki nöqteyi-nəzərdən bu, istənilən vaxt edilə bilər. Və sonuncu dəfə bu, hərbi əməliyyat idi, təkcə qayıqla gələn bir neçə dalğıcın hücumu deyildi”, – o vurğulayıb.
Siyasətçi əlavə edib ki, “Şimal axını 2”nin Almaniya hissəsinin dövlətin yurisdiksiyasına verilməsi enerji obyektini potensial hücumlardan qoruya bilər.
ABŞ prezidenti Donald Tramp deyib ki, o, “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərini kimin partlatdığını lazımi araşdırma aparmadan belə öyrənə bilər.