“İnter”in ulduzu Çempionlar Liqası matçı öncəsi məişət zorakılığında ittiham olunurbackend

Yetkin kino aktrisası Şarlotta Laviş sosial şəbəkədəki səhifəsində “İnter”in ulduzu Markus Tyuramı məişət zorakılığında ittiham edib.

O, döyülmə izlərini göstərən səkkiz dəqiqəlik video yayımlayıb və onların futbolçu tərəfindən vurulduğunu iddia edib. Lavişin dediyinə görə, Thuram Mönhenqladbaxın “Borussiya”sında oynayan zaman onu otağa bağlayaraq, çəkdiyi videonu silmək istəyərək ona hücum edib. Ondan nə üçün bu hadisədən cəmi 3 il sonra bu haqda danışmaq qərarına gəldiyini soruşduqda, Laviş bununla heç bir maddi qazanc axtarmadığını və futbolçunun buna görə cəzalandırılacağına inanmadığını bildirib.

Bu paylaşım sosial şəbəkədə “İnter” üçün vacib oyun ərəfəsində yayılıb. Mayın 6-da İtaliya komandası Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda doğma meydanda “Barselona”nı qəbul edəcək.