Amerika səfiri Cənubi Koreyadakı vəziyyəti şərh edibbackend

Birləşmiş Ştatlar Cənubi Koreyadakı vəziyyətin dinc və konstitusiya yolu ilə həllini dəstəkləyir.

Bu barədə Amerikanın bu ölkədəki səfiri Filip Qoldberq Yonhap xəbər agentliyinə bildirib.

O qeyd edib ki, ABŞ çərşənbə gecəsi Cənubi Koreyada baş verən hadisələrdən təəccüblənib və narahat olub. Səfir əlavə edib ki, ABŞ ilk növbədə demokratiyanı və Koreya xalqını dəstəkləyir.

Dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Seok-yeol respublikada hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, bu qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünün kəsilməsi və azad konstitusiya quruluşunun qorunmasının” zəruriliyi ilə izah edib, jurnalistlər isə dövlət başçısının hərəkətlərini siyasi rəqiblərinin ona qarşı impiçment proseduru həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.