Android 15, cihazlara ətraf mühitə uyğun olaraq vibrasiya intensivliyini avtomatik tənzimləməyə imkan verən Adaptive Vibration adlı yeni funksiya təqdim edir. Bu barədə “Android Authority” portalı məlumat yayıb.
Otaqdakı səs-küy səviyyəsini təhlil etmək üçün “Adaptiv Vibrasiya” qadcetin mikrofonlarından istifadə edir və bildirişlərin optimal qəbulunu təmin etmək üçün vibrasiya gücünü tənzimləyir. Beləliklə, smartfon divan kimi yumşaq səthdə daha güclü, stol kimi sərt səthdə isə daha yumşaq titrəyəcək.
Hazırda yenilik yalnız Google Pixel 7 Pro və 8 Pro smartfonlarında Android 15-in ikinci beta versiyasının istifadəçiləri üçün əlçatandır. Bu funksiyanın digər cihazlarda görünüb-göstərilməyəcəyi dəqiqləşdirilməyib.
Mənbə: “Android Authority