Argentinada tənəzzül başa çatıb və iqtisadi artım başlayıb, ölkə prezidenti Xavyer Miley bildirib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Prezidentliyin inauqurasiyasının ildönümü münasibəti ilə xalqa müraciət edən Miley qeyd edib ki, ölkə “alovlu sınaqdan” keçdi. O, Argentinada tənəzzülün başa çatdığını və milli iqtisadiyyatın böyüməyə başladığını vurğulayıb.
Prezident dövlətlərinə etimada görə vətəndaşlara təşəkkür edib.
Miley, ölkənin ən pisini arxada qoyduğunu və gələcəyin daha da yaxşılaşacağını söylədi. O, Argentinada xoşbəxt vaxtların gəldiyinə əmin olduğunu bildirib.