Avstraliyada təyyarə qolf meydançasına düşdübackend

Avstraliyada yüngül təyyarə Kvinslend klubunun qolf meydançasına düşüb.

Məlumata görə, hadisə yerinə təcili tibbi yardım əməkdaşları və polis gəlib. Lakin onlar 69 və 82 yaşlı kişilərə kömək edə bilməyiblər.

Yayılan kadrlardan da göründüyü kimi, təyyarənin özü ciddi zədələnib.

Hazırda məhkəmə-tibb qrupunun müstəntiqləri və Avstraliyanın mülki aviasiyasının nümayəndələri iş üzrə ekspertizalar aparırlar.