Şimali Koreya 2024-cü ildə ilk ballistik raketini atıbbackend

Şimali Koreya Yaponiya dənizinə doğru naməlum ballistik raket atıb.

Bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Hərbçilərin sözlərinə görə, bu, Şimali Koreyanın 2024-cü ildə ilk raket buraxılışıdır.

Yaponiya Sahil Mühafizəsi raketin artıq suya düşdüyünü bildirib.

Mənbə: rbc.ru