Az duz istehlakı bir çox xəstəlik riskinin qarşısını alırbackend

Səhiyyə Nazirliyi gündə 5 qramdan az duz istehlakının insult riskini 23 faiz, ürək-damar xəstəliklərinin ümumi nisbətini isə 17 faiz azaldır, ona görə də duzun daha az istehlak edilməsinə diqqət çəkir.

Səhiyyə Nazirliyinin Xalq Sağlamlığı Baş İdarəsindən alınan məlumata görə, duzun (NaCl) orqanizmdə maye balansının və qan təzyiqinin tənzimlənməsində, turşu-qələvi balansının qorunmasında və sinir-əzələ sistemində siqnalların ötürülməsində böyük əhəmiyyəti var.

Həddindən artıq duz istehlakı insan sağlamlığına mənfi təsir göstərir. Dünyada ölüm hallarının yarıdan çoxu qeyri-infeksion xəstəliklərdən qaynaqlandığı halda, onların 30 faizi ürək-damar xəstəlikləridir. Bu xəstəliklər üçün ən əhəmiyyətli dəyişdirilə bilən risk faktorları qeyri-sağlam qidalanma, o cümlədən həddindən artıq duz istehlakı, fiziki fəaliyyətin olmaması, siqaret və alkoqol istifadəsidir.

Mənbə: A Haber