Braziliyada daşqın nəticəsində ölənlərin sayı 158-ə yüksəlibbackend

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 158-ə yüksəldiyi, 88 nəfərin isə itkin düşdüyü bildirilib.

Ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində 2 həftədən çox davam edən yağışların səbəb olduğu daşqınlar səbəbindən can və mal itkiləri artır.

Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 158, itkin düşənlərin sayının isə 88 olaraq yeniləndiyi bildirilib.

Açıqlamada seldən zərər çəkənlərin sayının 2 milyon 300 mini keçdiyi, 82 min 666 nəfərin fəlakət bölgələrindən xilas edildiyi bildirilib.

Mənbə: A Haber