Azərbaycan – Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıbbackend

Prezident İlham Əliyevin dəvəti ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı. Azərbaycan və Qırğızıstan arasında “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”, “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” daxil olmaqla, televiziya, təhsil, rabitə və informasiya-kommunikasiya texnologiyaları, hava əlaqəsi, əqli mülkiyyətin qorunması, maliyyə, kənd təsərrüfatını əhatə edən 10 sənəd imzalandı. Qırgız Respublikasının dövlət başçısının respublikamıza səfərini yüksək qiymətləndirən ölkə rəhbəri İlham Əliyev dost, qardaş dövlətlə bütün sahələrdə fəal qarşılıqlı əlaqələrin qurulmasına toxundu. Eyni zamanda, Prezident Sadır Japarovun səfərinin münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirdi. Gələn il Qırgız Respublikası ilə diplomatik münasibətlər qurulmasının 30 illiyinin qeyd ediləcəyəni bildirən Azərbaycan Prezidenti bunu tarixi hadisə adlandırdı. Ölkəmizə səfərindən məmnunlugunu bildirən Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu münasibətlərin əsasının dünya şöhrətli tarixi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyuludugunu vurğulayaraq, əməkdaşlığı daha fəal şəkildə davam etdirməyin vacibliyinə diqqət çəkdi. Qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər cür şəraitin mövcudluğunu qeyd edən ali qonaq iki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri qurulması istiqamətində Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirdi. Bundan başqa Qırgız Prezidenti yaradılan dövlətlərarası şuranın ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacağına da əminliyini vurğuladı.
Ulu öndər Heydər Əliyevin Prezident kimi qırgız həmkarı ilə görüşləri, iki ölkə arasında qəbul olunan qərarlar münasibətlərin sürətli inkişafına mühüm töhfələr verib.
Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi illərində bu strategiyaya sadiqliyi nəticəsində Azərbaycan türk dünyasının aparıcı ölkələrindən birinə çevrildi.

YAP Səbayıl rayon “İstiqlaliyyət 8 küçəsi” ərazi partiya təşkilatının sədri Orxan Ağayev.