Azərbaycanla Qırğızıstan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə xalqlarımız arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirəcəkbackend

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan və Qırğızıstan arasında gələcək əməkdaşlığın inkişaf prioritetlərini müəyyən edən on sənəd imzalandı.
Aprelin 20-də Azərbaycan və Qırğız Respublikalarının Prezidentlərinin mətbuata bəyanatlarla çıxışları zamanı möhtərəm Prezidentimiz İlham Əliyev iki ölkə arasında yeni imzalanan on sənəddən məhz iki sənədi xüsusi vurğuladı. Bu səfər çərçivəsində Azərbaycanla Qırğızıstan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə hər iki ölkə üçün böyük tarixi, strateji və geosiyasi əhəmiyyətə malikdir. Bu sənəd bir-birinə tarixi, mədəni köklərlə bağlı olan Azərbaycan-Qırğızıstan əlaqələrində yeni səhifə açacaqdır. Çünki strateji tərəfdaşlıq ölkələr arasında ən yüksək qarşılıqlı fəaliyyət sahəsi olmaqla dövlətlər arasında bütün sahələrdəki əməkdaşlığı genişləndirir və siyasi, iqtisadi, ticari, humanitar, mədəni əlaqələri tamamilə yeni keyfiyyət mərhələsində davam etdirir.
Qırğızıstan bu zamana kimi Azərbaycana hər zaman dost münasibəti göstərən, xüsusilə keçmiş münaqişə mövzusunda Azərbaycanın haqlı mövqeyini həmişə dəstəkləyən ölkə olmuşdur. Azərbaycanın dostları möhtəşəm Qarabağ Zəfərimizə xalqımızla birlikdə sevindilər. Məhz 44 günlük Vətən müharibəsi günlərində biz möhtərəm Prezidentimiz İlham Əliyevin ötən illərdəki parlaq diplomatiyasının uğurlu nəticələrini gördük. Müharibə günlərində Azərbaycanın mövqelərinin dünya dövlətləri tərəfindən dəstəklənməsi, post-müharibə dövründə isə regionumuzda yaranan yeni geosiyasi reallıqların beynəlxalq ictimai birlik tərəfindən qəbul edilməsi şübhəsiz ki, İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin təntənəsi oldu. Bütün bu hadisələrdə biz bir daha gördük ki, həqiqətən də dövlət başçısının Prezident seçildiyi ilk gündən əsas vəzifəsi Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması olub, cənab İlham Əliyev hər bir fəaliyyəti, hər bir islahatı, hər bir qərarı ilə Azərbaycan xalqının Böyük Qələbə gününü yaxınlaşdırıb. Məhz bu düşünülmüş siyasət nəticəsində Azərbaycan xalqının azad Qarabağa Böyük Qayıdışı artıq başlayıb. Biz Prezidentimizlə fəxr edirik və ölkə başçısının uğurlu xarici siyasəyini alqışlayırıq.

Cavadova Dilşad
132-134 nömrəli Təhsil Kompleksinin Biologiya müəllimi