Azərbaycan şirkəti işçi axtarır – MAAŞ 2630-2939 MANATbackend

iMotors

Marketinq Meneceri

Son tarix 06 iyn 2024 [email protected]

Namizədə olan tələblər:

  • Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.);
  • Marketinq sahəsində ən azı 3 il təcrübə olmalı;
  • Azərbaycan, rus və ingilis dillərini səlis bilməli;
  • Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli;
  • Reklam, PR və SMM alətləri üzrə bilikləri olmalı.

Vəzifə öhdəlikləri:

  • Marketinq şöbəsi üzrə olan proseslərin idarə edilməsi;
  • Şirkətin kütləvi informasiya vasitələrində təmsil edilməsinə nəzarət edilməsi;
  • CRM üzrə Lead və Deal axınına nəzarət;
  • Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlərin görülməsi;
  • Müvafiq müştəri axını kanallarının təhlilinin aparılması;
  • Marketinq üzrə illik büdcə və strateji planın hazırlanması;
  • Bölgələrdə birbaşa marketinq görüşlərinin və tədbirlərin təşkil edilməsinə nəzarət;
  • Cəmiyyətin iştirakı olan sərgilərin təşkilinin həyata keçirilməsi;
  • Marketinq təhlil nəticələrinə uyğun yeni reklam kampaniyaları üzrə təkliflərin hazırlanması, təsdiq üçün rəhbərliyə təqdim edilməsi;
  • Öncədən təqdim olunan meyarlara əsasən yeni filial ərazilərinin axtarışı ilə məşğul olmaq;
  • Filialların açılışını rəhbərlik tərəfindən təsdiq olunmuş ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil edilməsi;
  • Yeni məhsulların yaradılmasının və bazara çıxarılmasının təmin edilməsi;
  • Xarici şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması.

İş şərtlərimiz:

  • Əmək haqqı: 2630-2939 AZN + bonus;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.
  • İş yeri: Babək prospekti, Keşlə qəsəbəsi, bina 38 A. (Azpetrol YDM-nin yaxınlığı).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq Meneceri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.