Azərbaycanın prioritetləribackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23.09.2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxış etmiş və ölkəmiz üçün prioritet olan məsələlərə toxunmuşdur. Ilkin olaraq dünya miqyaslı məsələlərə yer verilmişdir. Artıq ikinci ildir ki, bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Bizim ölkəmiz də pandemiyanın ilk günlərdən əhalinin qorunması və onun mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir. Bu ilin yanvar ayının ortalarından ölkəmizdə peyvəndləmə kampaniyasına başlanılmışdır. COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2,7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket hazırlanmışdlr.

Pandemiya ilə mübarizə aparmaq üçün Azərbaycanın təşəbbüsləri beynəlxalq səviyyədə bəyənilib. Belə ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırdı. Ölkəmiz tərəfindən ÜST-ə 10 milyon ABŞ dolları həcmində, 30-dan artıq ölkəyə isə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edilmişdir. Pandemiya ilə mübarizədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslər irəli sürmüşdür. Belə ki, ötən ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil etmiş və ölkəmizin təşəbbüsü ilə 2020-ci ilin 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş  BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəklənmi xüsusi sesiya keçirilmişdir.

Azərbaycan “peyvənd millətçiliyi”ni açıq tənqid edib, peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını bildirmişdir. Çünki beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınmışdır.

Beynəlxalq Qoşulmama Hərəkatına daxil olan dövlətlərin təşəbbüsü ilə Azərbaycan 2023-cü ilin sonuna qədər həmin hərakata sədrlik edəcəkdir. Bu, bütün dünya üçün çətin bir dövrdə Azərbaycan Prezidentinin Hərəkata uğurlu və səmərəli şəkildə sədrlik etməsinin təsdiqi və yüksək qiymətləndirilməsinin təzahürüdür.

Azərbaycan BMT-nin həyata keçirmək istədiyi tədbirlərdə də fəal iştirak edir. Belə ki, Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72,4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutmuşdur.

Ölkəmiz Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak edərək, Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir. İstifadəyə verilmiş Bakı Beynəlxalq Ticarət Limanı 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırmaq mümkündür.

Eyni zamnda, beynəlxalq öhdəlikləri uğurla icra edən Azərbaycan Paris İqlim Sazişini ratifikasiya etmiş, baza ili olan 1990-cı illə müqayisədə, 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı öz üzərinə könüllü öhdəlik götürmüşdür. Hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 17 faiz təşkil edir. 2030-cu ilə qədər bu rəqəm 30 faizə çatdırılmalıdır. Növbəti 3-4 il ərzində ümumi gücü 700 meqavat təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanmışdır.

Bu ilin ilk 8 ayı ərzində ölkəmizin qeyri-neft sənayesi 18,4 faiz artmışdır. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları Yaşıl Enerji Zonası elan edilmişdir. Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi olmaqla təsdiq edilmiş bərpa olunan enerji potensialı var. Xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycan son illərdə elektrik enerjisinin ixracatçısına çevrilmişdir.

Azərbaycan xalqı öz kökünə, tarixinə, dilinə və ənənələrinə olduqca bağlı bir xalq olduğu üçün, cari il dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Nizami Gəncəvi İli” elan edilmişdir. XII əsrdə N. Gəncəvinin öz əsərlərində təbliğ etdiyi sülh, ədalət, humanizm, azadlıq və bərabərlik kimi ideal və dəyərlər BMT-nin təşviq və müdafiə etdiyi prinsiplərlə üst-üstə düşür. Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanılmış və müsəlman dünyası ilə Avropa arasında dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan “Bakı Prosesi” BMT tərəfindən güclü şəkildə dəstəklənir.

Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal olunmuş və 30 ilə yaxın bir müddət ərzində Ermənistan qəbul olunmuş beynəlxalq qətnamə və qərarlara məhəl qoymayaraq həmin əraziləri işğal altında salamışdır. Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni icra etməmiş, BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymamışdır.

Son iki il ərzində isə Ermənistan qəsdən danışıqlar prosesini məhv edərək, “Qarabağ Ermənistandır və nöqtə” və “bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol vermişdir. Ermənistanın o vaxtkı müdafiə naziri isə heç nədən çəkinmədən Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələmişdir. Ermənistan rəhbərliyi hər dəfə yeni bir iddia irəli sürərək Azərbaycan tərəfini təhdid edir və təxribata çəkirdi. Bütün bunlara baxmayaraq beynəlxalq təşkilatlar münaqişənin hər iki təerəfinə eyni yanaşırdılar ki, bu da ədalətsizlik idi. Dünyanın gözü qarşısında Ermənistan Cenerə Konvensiyasının müddəalarını pozaraq işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma aparırdı və əsasən də Yaxın Şərqdən olan erməni kökənli şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirirdi.

Bununla bərabər Ermənistan həm də hərbi cinayərtlər törədirdi. Belə ki, 44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Eyni zamanda, cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirildi, 450 nəfərdən çox insan isə yaralanmışdır. Həmçinin ölkə əerazisində 12 mindən çox evlər dağıdılımış və ya ciddi hasar görmüşdür.

Müharibənin gedişi zamanı Azərbaycan tərəfi, hərbçilər və mülki əhali arasında fərq qoyulmasına dair beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə riayət edərək, dinc sakinlərin hədəfə alınması kimi qəddar hərbi cinayətlərə oxşar formada cavab vermədi. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi.

Beləliklə, Azərbaycan ilk dəfə olaraq BMT TŞ-nin qətnamələrinin icrasını özü döyüşərək təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı.

Müharibənin zəfərlə başa çatması Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı ki, bunu da hər kəs bunu nəzərə almalıdır. Ermənistan bir dövlət olaraq regional əməkdaşlıq və qonşularına qarşı əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət isə bu məsələdə müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana yardım etməlidir.

Ermənistan tərəfi revanşizm ideyalarına və ağılsız silahlanmaya son qoymalıdır.

Müharibədəki ağır məğlubiyyətdən sonra Ermənistanda rəsmi dövlət qurumları tərəfindən təşviq edilən Azərbaycanofobiya güclənmiş, etnik nifrət və düşmənçilik artmışdır. Erməni cəmiyyətində aşılanan irqçi ideologiya Azərbaycanın Ermənistan tərəfindən keçmiş işğal olunmuş ərazilərində etnik təmizləmənin və misilsiz vandalizmin əsasını təşkil edir. Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir. Belə ki, Ermənistanda “milli qəhrəman”a çevrilmiş nasist general Qaregin Njdenin simasında nasizm vəsf edilir. Bütün dünya ictimayyəti neofaşizmə qarşı müharizə apardığı bir zamanda, 2016-cı ildə Ermənistanın o vaxtkı prezidenti İrəvanda Qaregin Njdenin heykəlinin açılışını etmişdir. çox təəssüf ki, dünya dövlətləri hələ də öz ənənəvi susqunluqlarını qoruyur.

Azərbaycan iəğaldan azad olunmuş torpaqlarda irimiqyaslı tikinti işləri həyata keçirir. Müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edilərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. Biz bütün bu işləri öz maddi imkanlarımız hesabına görürük və artıq bu il bu məqsədlə 1,3 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır.

Azərbaycan tərəfi tezliklə sülh sazişinin bağlanmasının tərəfdarıdır. Bağlanacaq saziş Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında olmalıdır. Sazişin bağlanması həm də bölgənin sülh və əmin-amanlıq regionuna çevrilməsi ilə nəticələnəcəkdir. Açılması nəzərdə tutulan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirməklə bərabər, həm də region üçün yeni imkanlar yaradacaqdır.

Nərimanov rayonun fəal gənci Teymur Mustafayev