Bakı Slavyan Universitetinə rektor təyin edilibbackend

Anar Rüstəm oğlu Nağıyev Bakı Slavyan Universitetinin rektoru təyin edilib.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, A.Nağıyev indiyədək BSU-nun rektor əvəzi idi.