Bakı-Tiflis əlaqələri: Regionun təhlükəsizliyində əsas amilbackend

Azərbaycan-Gürcüstan münasibətləri inkişaf xətt üzrə irəliləyir.

Regional və qlobal layihələrdə Azərbaycan və Gürcüstan bərabər iştirak edir, uğurlu əməkdaşlıq çərçivəsində münasibətlər qurulur. Xüsusilə enerji layihələrində Azərbaycanın beynəlxalq layihələrdə Gürcüstanın iştirakını təmin edib. Ötən həftə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıya rəsmi çərçivəsində də bu məsələlər gündəmə gəlib. Prezident İlham Əliyev cari ilin 16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda gələcəkdə də rəsmi Tbilisi ilə yeni layihələrin icrasının nəzərdə tutulduğu bildirilib.

“Yeni layihələr üzərində işlər davamlı olaraq aparılır. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır”,-deyə bəyanatda qeyd olunur.

Göründüyü kimi, iki ölkə arasında indiki əlaqələr gələcək layihələrdə də birgə iştirakı təmin edəcək. Bu, regionda söz sahibi Azərbaycanın iqtisadi, sosial, siyasi əməkdaşlıq üçün istər qonşu, istərsə də dünya ölkələri üçün ən sabit, stabil və etibarlı tərəfdaş olduğunu göstərir.

“Cebhe.info”-ya açıqlamasında deputat Şahin İsmayılov bildirib ki, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər tarixi köklərə söykəndiyindən ən çətin anlarda bir-birinin yanında olub:

“İki ölkə arasındakı mehriban qonşuluq münasibətləri tarixin sınağıdan çıxıb. Biz 2020-ci ildə İkinci Qarabağ savaşında da şahidi olduq. Bu münasibətlərin nəticəsidir ki, iki ölkə nəinki bölgənin aparıcı qüvvəsinə çevrilib, eyni zamanda, Avrasiya coğrafiyasında Qərblə Şərq, Şimali Afrika ilə Şərq arasında çox ciddi bir qovşaq rolunu oynamaqdadır”. 

Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında hərtərəfli əlaqələrin inkişafı, transmilli, regional layihələrin icrası nəinki Cənubi Qafqaz bölgəsinin inkişafına, təhlükəsizliyinə, digər bölgələrin, xüsusən də Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına öz töhfəsini verir:

“Nəticə etibarı ilə əlaqələrin davamlı inkişafı iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə bölgədə sabitliyə, inkişafa və sıx əməkdaşlığa yol açır. Bu əməkdaşlığın nəticəsidir ki, Azərbaycan və Gürcüstan enerji və logistik sahədə qovşaq bölgəyə çevrilib. Bu gün Avrasiya coğrafiyasında və dünyada baş verən geosiyasi proseslər fonunda ölkələrimizin rolu əhəmiyyətli dərəcədə artıb. Qərblə Şərqi birləşdirən Orta dəhlizin əhəmiyyəti getdikcə artmaqdadır. Orta dəhlizin daha effektiv fəaliyyəti üçün hər iki ölkə daha sıx əməkdaşlıq etməkdədir. Bu məqsədlə birgə infrastruktur layihələri gerçəkləşdirilir. Bununla yanaşı, mövcud strukturlar yeni dövrün tələblərinə uyğunlaşdırılmaqdadır. Çünki nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir. Bakı-Tbilisi-Qars dəmir yolu isə bu baxımından mühüm logistik əhəmiyyətə malikdir. Yaxın müddətdə görülən işlər nəticəsində dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin artırılması isə bir çox ölkələr üçün cəlbedici olacaq. Bu da sonda hər iki ölkənin həm iqtisadi inkişafını, həm də bölgədəki əhəmiyyətini daha da artıracaq”. 

Bundan əlavə, Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər:

“Azərbaycan qazı Gürcüstan vasitəsilə 8 ölkəyə çatdırılır və yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır”. 

Deputat onu da vurğulayıb ki, Gürcüstanla Azərbaycan təkcə neft-qaz-nəqliyyat-tranzit yükdaşıma sahəsində etibarlı tərəfdaş kimi çıxış etmir, eyni zamanda iqlim dəyişiklikləri fonunda dünyanı ciddi narahat edən iqlim dəyişiklikləri sahəsində də yeni layihələr üzərində işləməkdədir:

“Bunlardan biri yaşıl enerji layihəsidir. Artıq bu istiqamətdə ölkələrimiz Rumıniya, Macarıstan ilə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. İlin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır. Hesab edirəm ki, yaxın illərdə Azərbaycan neft-qaz sahəsində olduğu kimi, “yaşıl enerji” sahəsində də çox ciddi önəmli rola malik və Avropaya “yaşıl enerji”ni ixrac edən ölkə roluna malik olacaq. Azərbaycanla Gürcüstanın bu sahədəki birgə səyi təkcə bu iki ölkənin deyil, həmçinin bütövlükdə Xəzər hövəsində çox böyük bərpaolunan enerjinin dünya bazarına çıxarmasında ciddi rol oyanaycaqlar. 

Bu da nəticə etibarı ilə ölkələrimizin iqtisadi gücünə və insanlarının rifah halında yaşamasına, bütövlükdə regionun dayanıqlı inkişafının, təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək”.