Bakıda avtomobilini beton maneəyə çırpan sürücü həlak oldubackend

Bakının Sabunçu rayonunda baş verən avtoqəzada bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Nicat Cabir oğlu Ələsgərov idarəetməsində olan VAZ markalı nəqliyyat vasitəsini beton maneəyə çırpıb.

Qəza zamanı o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.