Bakıda bəzi parklanma sahələri ləğv edilir – AÇIQLAMAbackend

“Körpünün sökülməsi ilə əlaqədar nəqliyyat vasitələrinin alternativ küçələrlə mərkəz istiqamətində rahat və maneəsiz hərəkətini təmin etmək üçün sxem tərtib edilib”.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar paytaxtın “28 May”, Sabit Orucov, Yeryomenko, Firuz Qəmbərov, Nizami, Kövkəb Səfərəliyeva və Üzeyir Hacıbəyli küçələrində mövcud olan bəzi parklanma yerləri müvəqqəti ləğv olunur.