Bakıda iki sərnişin avtobusu toqquşdubackend

Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

“Xaliq Faiqoğlu” MMC-yə məxsus sərnişin avtobusu metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə 3 TTTYX-nin avtomobili və canlı briqadası cəlb edilib.