BDYPİ sürücülərə müraciət etdibackend

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

Oxu.Az xəbər verir ki, müraciətdə yollarda sürət həddinə riayət etməyin yalnız sürücülərin deyil, ətrafdakı hər kəsin təhlükəsizliyini təmin etdiyi bildirilir.

“Bir neçə saniyə avtomobili sürətli idarə etmək həyatınızı riskə atmaq deməkdir. Əziz sürücülər, yolda sürət hər zaman seçim məsələsidir və seçiminiz həyatınıza təsir edə bilər. Unutmayın ki, hər sürətli hərəkət potensial bir riskdir. Bu riski minimallaşdırmaq və həyatı doya-doya yaşamaq üçün sürət həddinə diqqət edin. Sürəti yox, həyatı seçin!”, – müraciətdə deyilir.