Britaniya ləğv edilmiş nəqliyyatı Ukraynaya təhvil verəcəkbackend

London meriyası ətraf mühitə uyğun olmadığına görə hurda üçün nəzərdə tutulmuş nəqliyyatı Ukraynaya təhvil verəcək. RİA Novosti xəbər verir ki, bu barədə Britaniyanın mühafizəkar “The Telegraph” nəşri yazır.

Belə avtomobillərin Ukrayna tərəfinə verilməsi barədə qərar bu məsələ ilə bağlı uzun müzakirələrdən sonra mer Sadiq Xan tərəfindən verilib.

Londonlular ödəniş müqabilində ULEZ proqramının tələblərinə cavab verməyən avtomobilləri Ukraynaya bağışlaya biləcəklər. Onların tibbi və humanitar məqsədlər üçün istifadə ediləcəyi gözlənilir.

Mənbə: The Telegraph