Intel şirkəti Microsoft üçün milyardlarla dollar dəyərində prosessorlar istehsal edəcəkbackend

Amerikanın “Intel” və “Microsoft” şirkətləri müasir prosessorların istehsalına dair müqavilə imzalayıblar. Bu barədə Bloomberg məlumat yayıb.

Emal qurğularının istehsalını “Intel Foundry” şirkətinin törəmə şirkəti həyata keçirəcək. Avadanlığın Intel 18A texniki prosesindən istifadə edilməklə istehsal olunacağı bildirilir. Sifarişin 15 milyard dollar dəyərində olduğu bildirilir.

“Biz hər bir fərdi təşkilatın və bütün sənayenin məhsuldarlığını əsaslı şəkildə dəyişdirəcək maraqlı platforma keçidinin ortasındayıq” dedi Microsoft rəhbəri Satya Nadella və əlavə etdi ki, şirkət onu qabaqcıl prosessorlarla təmin edə biləcək güclü tərəfdaşa ehtiyac duyur.

Mənbə: Bloomberg