Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaqbackend

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

İctimai.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 27-də gecə və səhər saatlarında yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.