Amerika hakimiyyəti son hücumun təkrarlanmaması üçün İraq və Suriyadakı hərbi bazalarını bağlasa daha yaxşı olar. Böyük Britaniyanın Dəməşqdəki keçmiş səfiri, veteran diplomat və Yaxın Şərq üzrə ekspert Piter Ford bu obyektləri “asan hədəflər” adlandırıb, RİA Novosti xəbər verir.
“Oxşar hücumların təkrarlanmaması üçün rasional cavab ABŞ-ın Suriya və İraqdakı bazalarını bağlamaq olardı”, – Ford ABŞ-ın İordaniyadakı bazasına hücumu şərh edib.
O, aydınlaşdırıb ki, Amerika ordusunun şəxsi heyətinin bazalarda olması Suriya və İraq hakimiyyətinin öz əraziləri üzərində “tam suverenliyini təsdiq etməsinə” mane olmaqdan başqa bir məna kəsb etmir. Diplomat qeyd edib ki, prezident Co Bayden administrasiyasının bəyanatlarının əksinə olaraq, ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektləri xaricdəki “aktivlər” deyil, “öhdəliklər”dir.
Mənbə: RİA Novosti