Cənubi Koreya Şimali Koreyanın informasiya texnologiyaları işçilərini xaricə göndərmək sövdələşmələrinə görə iki rus şirkətinə və dörd şəxsə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə TASS məlumat yayıb.
Siyahıya BƏƏ şirkəti Pioneer Bencont Star Real Estate və Rusiyanın Alice şirkəti daxildir. Sanksiyaya məruz qalanlar arasında Şimali Koreya banklarının iki nümayəndəsi də daxil olmaqla, Vladivostokdakı Şimali Koreya maliyyə institutlarının nümayəndələri də var.
Cənubi Koreya Xarici İşlər Nazirliyi hüquqi şəxslərin KXDR-dən xaricə işçilərin göndərilməsi ilə əlaqəli olduğunu və şəxslərin çirkli pulların yuyulmasında və digər “qeyri-qanuni maliyyə fəaliyyətlərində” iştirak etdiyini izah edib. Ölkə hakimiyyəti sanksiyalardan yayınmağa onların da töhfə verdiyini təklif edib.