Ceyhun Bayramov misirli həmkarı ilə görüşüb

12 fevral tarixində xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Misir Ərəb Respublikasının xarici işlər naziri Sameh Şükri ilə görüşüb.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı, tərəflər cari ilin yanvar ayında Misir Ərəb Respublikasının Prezidentinin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, bu kimi yüksək səviyyəli qarşılıqlı səfər mübadilələrinin münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğunu qeyd ediblər.

Görüşdə Azərbaycanla Misirin tarixi dostluq əlaqələrinin inkişafına və əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə önəm verildiyi diqqətə çatdırılıb.

Oxşar xəbərlər