Çin hakimiyyəti ChatGPT-nin uğuru fonunda neyron şəbəkələrə nəzarəti gücləndirəcəkbackend

Çin hökuməti yerli İT şirkətlərinin istehlak məhsullarında süni intellekt (AI) texnologiyalarının istifadəsi üçün yeni qaydalar tətbiq etməyə hazırlaşır.

Bu barədə Bloomberg məlumat yayıb. Yeni qaydalar onlardan istifadə edən İT şirkətləri tərəfindən neyroşəbəkələrin təhlükəsizliyinə və onlara nəzarətə dair tələblərin sərtləşdirilməsinə yönəlib.

Tələblərin təfərrüatları açıqlanmayıb, lakin bildirilir ki, onların tətbiqi süni intellektdən istifadə ilə bağlı yarana biləcək etik problemlərdən qorxmaqla bağlıdır.

Xüsusilə, Çin hökuməti yerli İT şirkətlərindən senzura məhdudiyyətlərinə uyğun gələn Çin istehsalı alqoritmlərdən istifadə etmələrini istəyir.

Mənbə: Bloomberg

İctimai.az