Çin və Qırğızıstan sərhəddində zəlzələ baş veribbackend

Seysmoloqlar Çində, Qırğızıstanla sərhəd yaxınlığında 5,2 bal gücündə zəlzələlər qeydə alıblar. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, zəlzələnin episentri Aykol kəndindən 146 km qərbdə yerləşib. Yeraltı təkanların mənbəyi 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mənbə: Lenta.ru