Fransa jurnalında dərc olunan karikaturaya Özbəkistandan cavab – Fotobackend

Bir neçə gün öncə Türkiyədə baş verən zəlzələylə əlaqədar Fransanın Charlie Hebdo jurnalında dərc olunan iyrənc və insanlıqdan uzaq karikatura böyük etirazlarla qarşılanıb.

İctimai.az xəbər verir ki, artıq bəzi ölkələrdə sosial şəbəkə istifadəçiləri və media nümayəndələri öz etirazlarını paylaşıb.

Özbəkistanın Özbekistan Haber saytı Fransa jurnalının karikaturasına cavabı özünəməxsus karikatura ilə cavab verib.

Belə ki, sayt “Biz həmişə ordayıq” çağırışı ilə Azərbaycanın Türrkiyəyə göstərdiyi dəstəyi əks etdirən karikatura dərc edərək paylaşıb.

Paylaşım qısa zamanda sosial şəbəkədə böyük maraqla qarşılanıb.

Həmin karikaturanı təqdim edirik: