Fransa və Almaniyanın xarici işlər nazirləri Suriyaya gəlibbackend

Fransanın xarici işlər naziri Jan-Noel Barrot və onun almaniyalı həmkarı Annalena Baerbok elan olunmamış səfərlə Suriyaya gəlib. Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəsmi press-relizində deyilir.

“Fransalı həmkarı Barrot ilə birlikdə və Aİ adından Baerbok Əhməd əl-Şaraa və Suriya vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparacaq”, – Almaniya Xarici İşlər Nazirliyi bildirib.

Əhməd əş-Şaraa (həmçinin Əbu Məhəmməd əl-Culani kimi də tanınır) Suriyada hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əl-Şam” qruplaşmasının lideridir.