Belarus prezidenti Aleksandr Lukaşenko etibarlı nümayəndələri ilə görüşü zamanı xaricdəki belarus müxalifətçilərinin yanvarın 26-da keçiriləcək seçkilərdə hamının əleyhinə səs verməyə çağırışlarını şərh edib.
Onun sözlərini BELTA xəbər agentliyi sitat gətirir.
“Əlbəttə, bizim qaçaqlarımız artıq Qərbi qızışdırıblar. Onların siyasətini özünüz görə bilərsiniz: “Hamının əleyhinə səs verin”. Amma bu, onların işidir, bəyanat vermək hüququdur” dedi.
Lukaşenko müxalifət üzvlərinin xaricdəki fəaliyyətindən də danışıb və qeyd edib ki, xaricdən “yapmaq” asandır.