Gəncədə bayram yarmarkası – FOTOLARbackend

Novruz bayramı münasibətilə ölkəmizin ən böyük şəhərlərindən olan Gəncədə bayram yarmarkası və sərgisi təşkil olunub.

İctimai.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan yarmarkaya maraq yüksəkdir. Yarmarkada Gəncə şəhər sakinləri ilə yanaşı, ətraf rayon və şəhərlərdən olan yerli, o cümlədən əcnəbi turistlər iştirak etməkdədir.

Axşam saatlarında xüsusi zonada bayram konsetləri təşkil olunur.

Qeyd edək ki, bayram yarmarkası Novruz bayramı boyunca davam etdiriləcəkdir.