Gəncədə narkoman cinayət məsuliyyətindən yayınmaq üçün həyatına qəsd etdibackend

Gəncə şəhərində əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş 1999-cu il təvəllüdlü Namədin Əliyev cinayət məsuliyyətdən yayınmaq üçün intihara cəhd edib.

APA-nın məlumatına görə, ailə üzvlərinin müraciəti əsasında barəsində aparılan araşdırmanın dayandırılması məqsədilə törədiyi əməllərə görə elektron qolbaq daşıyan N.Əliyev mayın 21-də şəhər ərazisində narkotik vasitənin təsiri altında üzərinə yandırıcı maye tökərək ailə üzvlərindən şikayətlərini geri götürmələrini tələb edib, onlara qarşı iddialar səsləndirib.

Ətrafda olan şəxslərin köməyi ilə intihar cəhdinin qarşısı alınıb və o, xəstəxanaya yerləşdirilib.

Mayın 25-də göstərilən tibbi müdaxilələrə baxmayaraq, həmin şəxs xəstəxanada ölüb.

Hazırda aidiyyəti üzrə hadisənin təfərrüatı araşdırılır.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.