“Gənclər həftəsi” çərçivəsində gənc idmançılar arasında boks idman növü üzrə nümunəvi çıxışlar keçirilibbackend

31 yanvar 2023-cü il tarixdə 888 H.H Boks və döyüş növləri klubunda “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə “Gənclər həftəsi” çərçivəsində gənc idmançılar arasında boks idman növü üzrə nümunəvi çıxışlar keçirilib.
İctimai.az xəbər verir ki, tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 888 H.H Boks və döyüş növləri kulubunun baş məşqçisi, Əməkdar məşqçi Habil Hümbətov, klubun məşqçiləri və 40 nəfər idmançı iştirak etmişdir.
Çıxışlar zamanı idmançılardan sırada düzgün düzülüş, gigiyenik qaydaların yoxlama prosesi, fiziki və mental sağlamlığının məşqçi tərəfindən nitq etiketləri vasitəsi ilə soruşulmuş, məşq saatı ərzində hansı hərəkətlərin ediləcəyi haqqında idmançılar məlumatlandırılmışdır.
Daha sonra yüngül qaçışa və bədən isidici hərəkətlərə başlanıldı.
Zərbələr haqqında məşqlər yekunlaşdıqdan sonra idmançılar xüsusi aksesuar və geyimlərdə hər biri 3 dəqiqə olan 8 raundlıq cütlük döyüşlərə başlamışlar. Məşqçinin ciddi nəzarəti altında davam edən bu çıxışlar prosesində eyni zamanda minimal aqresiyaya da yol verilməməsi təmin olunmuşdur.
Sonda nümunəvi çıxışlarda iştirak edən idmançılar təşkilatçılar tərəfindən sertifikatlar ilə təltif olunmuşlar.