“Gənclər həyat qurtarır” layihəsinin təlimləri başa çatıbbackend

Azərbaycan Respublikasının Gənclər Fondunun (@youthfundaz ) “İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsi çərçivəsində qalib layihələrdən biri olan “Gənclər həyat qurtarır” layihəsinin təlimləri başa çatıb.

Təlim zamanı təlimçi Məhəmməd Süleymanov iştirakçılara “İlkin tibbi yardım nədir?”, “Təcili vəziyyətlərdə hansı müdaxilələr olunmalıdır”, “Qanaxma və onların qarşısını alınması”, “Ağır yaralanmalar”,” Dəm qazından zəhərlənmə”, “Suda boğulmalar zamanı ilkin tibbi yardım” və ilk həkiməqədər yardımın böyük əhəmiyyətindən danışıb, məlumatlar verib. Daha sonra praktiki şəkildə nümunələr göstərilib, ilkin məlumatları bölüşüb eyni zamanda iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, təlimlər 5 gün müddətində Ağdaş Peşə Təhsil Məktəbi və Ağdaş Humanitar Kollecində sonuncu gün isə Ağdaş rayon Mərkəzi Xəstəxanasında keçirilmişdir.