“İnkişafa könüllülükdən başla” layihəsinin  təlimləri  baş tutubbackend

Azərbaycan Respublikasının Gənclər Fondunun (@youthfundaz ) “İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsi çərçivəsində qalib layihələrdən biri olan “İnkişafa könüllülükdən başla” layihəsinin təlimləri baş tutub.

Təlim zamanı təlimçi iştirakçılara “Könüllülük nədir?”, “Könüllülükdə hansı uğurları qazanmaq olar” mövzusunda məlumatlar verib. Daha sonra Şəxsi İnkişaf təlimləri, “Bədən dili” , “Ünsiyyət bacarıqları”, “Komada işi”, “Liderlik”,
“Layihənin yazılması və idarə olunması” haqqında təlim keçib, ilkin məlumatları bölüşüb eyni zamanda iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, təlimlər 5 gün müddətində Ağdaş Dövlət Humanitar Kollec və Ağdaş Peşə Təhsil Məktəbində keçirilmişdir.