Güclü külək Goranboyda fəsadlara yol açıbbackend

Goranboyda küləkli hava şəraiti fəsadlara səbəb olub.

“Report”un məlumatına görə, axşam saatlarında əsən güclü gülək səbəbindən rayonun 56 yaşayış məntəqəsi üzrə 19 816 abonentin elektrik enerjisi və rabitə ilə təchizatında fasilələr yaranıb, üç fərdi yaşayış evinin dam örtüyünə ziyan dəyib.

Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası ərazilərdə olub, elektrik enerjisi və rabitə təsərrüfatlarının bərpası, baş verə biləcək digər fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirib.