İcra başçısı Mirhəsən Seyidov gəncləri təbrik edibbackend

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Gənclər günü ilə əlaqədar neftçalalı gənclərlə geniş görüş keçirib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, Gənclər və İdman İdarəsinin, GİKM-nin yerli nümayəndəliyinin məsul şəxsləri, ictimai fəallığı ilə seçilən gənclər, Vətən müharibəsi iştirakçıları və tələbələr iştirak edib.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Gənclər günün yaranması haqqında danışıb və bu günün Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci ildə “2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hər il 2 fevral Azərbaycan Gəncləri günü kimi qeyd edilir. RİH başçısı Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, ölkə miqyasında aparılan gəncləşmə siyasətindən və gənclərin daha səmərəli inkişaf etməsi üçün yaradılan şəraitdən, təhsil sahəsinə göstərilən diqqətdən, Rayonda aparılan yenidən qurma, abadlıq quruculuq və 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən danışıb.

Görüşdə gənclər açıq mikrofon vasitəsilə icra başçısına öz istək və təkliflərini bildiriblər. Ən çox səsləndirilən təkliflər isə gənclərin məşğulluğunun təmin olunması, onların asudə vaxtının səmərəli keçirilməsi üçün məkanların təşkil edilməsi, eləcə də, sosialyönümlü olub. Qeyd olunan məsələlərin həlli istiqamətində addımların atılacağı barədə deyilənləri isə gənclər onlara göstərilən qayğı kimi dəyərləndiriblər.

Çıxış edən gənclər dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Cənab Prezident  İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Gənclər günü münasibəti ilə gəncləri təbrik edib və onlara uğurlar arzulayıb.