Nərimanov rayonunda “2 fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə gənclərlə görüş keçirilibbackend
02 fevral 2022-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında “2 fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq rayon gəncləri ilə görüş keçirilmişdir.
İştirakçılar ilk növbədə Nərimanov Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə tər gül düzərək, öz dərin hörmət və ehtiramlarını ifadə etmişlər.
Görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Yusif Sadıqov, Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən Müharibəsi qaziləri, şəhid ailələrin üzvləri, qeyri-hökümət təşkilatlarının rəhbərləri və fəal gənclər iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır.
Qonaqları salamlayan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Yusif Sadıqov Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin ölkəmizdə çox böyük uğurla davam etdiyini bildirmiş, nəticədə sağlam Azərbaycan gəncliyinin formalaşmasını, gənclərimizə hər zaman Prezident İlham Əliyev tərəfindən yüksək diqqət və qayğı göstərilməsini diqqətə çatdırmışdır. Rayon İcra Hakimiyyətinin də bu işə hər zaman dəstək olmasını, gənclərimizin vətənpərvər ruhda tərbiyə edilməsində, dövlətə və Vətənə sevgi kimi müqəddəs məhfumların aşılanmasında üzərlərinə qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışdıqlarını qeyd etmişdir. Mütəmadi olaraq gənclərlə görüşlərin təşkili, onların asudə vaxtlarından səmərəli təşkil edilməsi, zərəri vərdişlərdən uzaqlaşmaları üçün əllərində olan bütün imkanları səfərbər etdiklərini diqqətə çatdıraraq, “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə iştirakçıları səmimi qəlbdən təbrik etmişdir.
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev çıxışında “Azərbaycan Gəncləri günü” münasibətilə iştirakçıları səmimi qəlbdən təbrik edərək, 25 il bundan əvvəl ölkəmizdə Ümummilli Lider Heydər Əliyev tərəfindən gənclər siyasətinin əsasının qoyulmasını, ölkəmizdə gənclər siyasətinin Ulu Öndər siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən çox böyük uğurla aparılmasını diqqətə çatdırdı. Gənclərimizin ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirakına diqqət çəkən Sədr müavini, Azərbaycan gəcliyinin bir yumruq kimi dövlət başçısının ətrafında birləşməsini bildirdi. Məhz hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuş gəncliyimizin Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Rəşadətli Ordumuzun tabeliyində Vətən müharibəsində böyük şücaət göstərdiyini, əzəli və əbədi torpaqlarımızın düşmən işğalından birdəfəlik azad etdiyini diqqətə və bizə tarixi Qələbə bəxş etdiyini diqqətə çatdırdı. Vitse-spiker çıxışında intelektual, savadlı, vətənpərvər gəncliyin yetişməsinə diqqət çəkərək, ölkəmizin gələcək inkişafında həmin gəncliyin üzərinə böyük vəzifələrin düşəcəyini diqqətə çatdırdı. Dünən dövlət başçısı tərəfindən imzalanmış “2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncama toxunan Sədr müavini bu Sərəncamın ölkəmizdə gənclər siyasətinə verilən yüksək qiymətin əyani təcəssümü olmasını bildirmiş, “Gənclər günü” münasibətilə iştirakçıları təbrik edərək, fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov gəncliyimizin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd edərək, gənclərimizin istər döyüş meydanında, istərsə də arxa cəbhədə fəal olmalarını və bizə Müzəffər Ali Baş Komandanın rəhbərliyində bizə tarixi Qələbə bəxş etdiklərini diqqətə çatdırdı. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin gənc nəslin formalaşmasında müstəsna əhəmiyyət daşımasını qeyd edərək, Azərbaycan gəncliyinin dünyaya örnək olmasını vurğulamışdır. Eləcə də gənclərimiz arasında alkoqolizm, narkotik və digər zərərli vərdişlərin yayılmasının qarşısını almaq məqsədilə aparılan geniş mübarizədən bəhs edərək, mütəmadi olaraq maarifləndirmə tədbirlərinin, gənclərlə görüşlərin keçirilməsini diqqət çəkərək, iştirakçıları “Azərbaycan Gəncləri günü” münasibətilə təbrik etmişdir.
Daha sonra gəncləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılmışdır. Gənclər səmimi qəbula görə təşəkkürlərini bildirərək, ölkəmizdə gəncliyə yaradılmış geniş imkanlara görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanıma minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda il ərzində fərqlənən gənclərə Milli Məclisin Gənclər və idman komitəsinin və Nərimanov Rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanları” təqdim edilmişdir.