İngiltərə, demək olar ki, yeddi dəfə termonüvə enerjisi istehsalı üzrə öz rekordunu qırdıbackend

Britaniya alimləri Oksford yaxınlığındakı Birgə Avropa Torus (JET) obyektlərində sınaqlar zamanı termonüvə enerjisi istehsalı üzrə yeni rekorda imza atıblar. Bu barədə Agence France-Presse (AFP) xəbər agentliyinin məlumatlarına istinadən Tech Xplore portalı məlumat yayıb.

Komanda 0,2 milliqram yanacaqla beş saniyədə 69 meqacoul istehsal edə bilib. Əvvəlki maksimuma 2022-ci ildə çatılıb və cəmi 10 meqajoul olub.

Böyük Britaniyanın Atom Enerjisi Təşkilatı (UKAEA) qeyd edib ki, 69 meqajoul 41 min evi beş saniyə ərzində işıqlandırmaq üçün kifayətdir.

Yeni rekorda baxmayaraq, JET reaksiyaya başlamaq üçün xərcləndiyindən daha çox enerji istehsal etməyib.

Mənbə: Agence France-Presse (AFP)