İran paytaxtına endirdiyi zərbələr nəticəsində azı 50 nəfər yaralanıbbackend

İsrailin İran paytaxtına endirdiyi zərbələr nəticəsində azı 50 nəfər yaralanıb.

Bu barədə İran dövlət televiziyasının müxbirləri məlumat veriblər.

Jurnalistlərin məlumatına görə, yaralılar arasında ən azı 35 qadın və uşaq var.

Dünən gecə İsrail “Am Kelavi” (“Aslan kimi millət”) kod adlı hərbi əməliyyata başlayıb. Bu əməliyyatın məqsədi İranın nüvə və raket proqramlarına zərər vurmaqdır. Ölkənin Hərbi Hava Qüvvələrinin təyyarələri Tehran da daxil olmaqla, ölkə daxilində bir neçə hədəfə hücum edib.

Daha sonra İsrail İrana qarşı əməliyyatı rəsmən təsdiqləyib. Baş nazir Benyamin Netanyahu bildirib ki, zərbələr həmçinin Natanzdakı nüvə infrastruktur obyektlərini və proqramla əlaqəli alimləri hədəf alıb. İsrailin “The Jerusalem Post” qəzetinin yazdığına görə, onlarla İsrail qırıcısı gecə ərzində hərbi obyektlərə və İranın nüvə obyektlərinə zərbələr endirib.