İran ŞƏT-ə üzv olmaq üçün son tarixləri açıqlayıbbackend

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan respublikanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyü prosesinin iyulda başa çatacağını açıqlayıb.

“Biz iyul ayında ŞƏT-in tamhüquqlu üzvü olacağıq”, – deyə nazir bildirib.

O əlavə edib ki, ölkənin assosiasiyaya daxil olması qurumun 2023-cü ilin iyulunda keçiriləcək növbəti sammiti çərçivəsində baş tutacaq.

Mənbə: TASS