Lənkəran Dövlət Universitetində “Sağlam ruh – sağlam nəsil” mövzusunda elmi seminar keçirilibbackend

14 may 2024-cü il tarixində Lənkəran Dövlət Universitetində Lənkəran Dövlət Universitetinin və “Loqos” Psixoloji və Nitq Mərkəzinin birgə təşkilatçılığı ilə “Sağlam ruh – sağlam nəsil ” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə Lənkəran Dövlət Universitetinin “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının müdiri, dosent Afiq Əliyev, Lənkəran Dövlət Universitetinin “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının dosenti Ləman Verdiyeva, “Loqos” Psixoloji və Nitq Mərkəzinin baş psixoloqu, Psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, “Loqos” Psixoloji və Nitq Mərkəzinin Lənkəran filialının direktoru, psixoloq Günel Əliyeva, Lənkəran Dövlət Universitetinin “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının baş müəllimi Nahidə Cəfərova,  Lənkəran Dövlət Universitetinin “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının kabinet müdiri Hicran Süleymanova, universitetin professor-müəllim heyəti, “Loqos” Psixoloji və Nitq Mərkəzinin əməkdaşları, psixologiya və təhsildə sosial-psixoloji xidmət ixtisaslarında təhsil alan 100-dən çox tələbə iştirak edib.

Tədbiri giriş sözü ilə açan Lənkəran Dövlət Universitetinin “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının müdiri, dosent Afiq Əliyev bildirib ki, “Loqos” Psixoloji və Nitq Mərkəzi ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsi təqdirəlayiqdir və bu məqsədlə görülən işlər nəticəsində tələbələrin bilik və bacarıqları daha da artmaqdadır. Bugün tələbələrin praktiki psixologiyanın öyrənməsində, onların peşə səriştəsinin artmasında “Loqos” Psixoloji və Nitq Mərkəzinin müstəsna yeri var.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin baş psixoloqu, Psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva çıxış edərək, tədbir iştirakçılarını salamlayıb. Elmira Mirzəyeva Psixi sağlamlıq və mütəxəssisin yanma sindromunun profilaktikası, hansı məqamlara diqqət edilməli, çətinliklər və onların necə həll olunması barədə öz bilik və bacarıqlarını tədbir iştirakçıları ilə bölüşüb.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin Lənkəran fililının direktoru, psixoloq Günel Əliyeva çıxışında artıq 10 ildir fəaliyyət göstərən “Loqos” Psixoloji və Nitq Mərkəzin ölkəmizin ən böyük psixoloji mərkəzi paytaxt Bakıda və regionlarda 11 filialla fəaliyyətini davam etdirdiyini qeyd edib. Mərkəzin bütün psixoloji problemlərlə bağlı peşəkar fəaliyyətini layiqincə davam etdirdiyini bildirən Günel Əliyeva, bundan sonra da xalqımızın psixoloji sağlamlığının formalaşması istiqamətində uğurlu fəaliyyətini davam etdirəcəyini bildirib.

Lənkəran Dövlət Universitetinin “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının dosenti Ləman Verdiyeva Gənclərin psixi sağlamlığının qorunması mövzusunda, Lənkəran Dövlət Universitetinin “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının baş müəllimi Nahidə Cəfərova Psixi sağlamlıq və psixo-sosial rifah mövzusunda, Lənkəran Dövlət Universitetinin “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının kabinet müdiri Hicran Süleymanova Psixi sağlamlığı məhdud uşaqlarla işin təşkili mövzusunda öz fikirlərini görüş iştirakçıları ilə bölüşüb.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin inklüziv təhsil mütəxxəsisi Minarə Səfərli çıxışı zamanı inklüziv təhsilin əhəmiyyəti, inklüziv uşaqların cəmiyyətə adaptasiyası, üzləşilən çətinliklər və onların həll yolları mövzusularında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin psixo-pedaqoqu Ülviyyə Axundova çıxışında məktəblərdə təhsil alan Autizm, Daun sindromlu və digər psixoloji çətinlikləri olan şagirdlərlə işin əhəmiyyəti, onlarla işin təşkili, həmin şagirdlərin cəmiyyətə inteqrasiyası və digər mövzularda çıxış edib.

Çıxışlar bitdikdən sonra tədbir interaktiv diskusiya ilə davam edib, iştirakçıları maraqlandıran suallar “Loqos” Psixoloji və Nitq Mərkəzinin mütəxəssiləri tərəfindən cavablandırılıb.

Sonda Lənkəran Dövlət Universiteti və “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında gələcək əməkdaşlıq planları müzakirə edilib.