Manhettendə iki avtobusun toqquşması nəticəsində 80-dən çox insan xəsarət alıbbackend

ABC telekanalının yerli bölməsinin məlumatına görə, cümə axşamı, iyulun 7-də Nyu-Yorkda iki avtobus toqquşub, azı 81 nəfər xəsarət alıb.

İkimərtəbəli tur avtobusu işıqforun qırmızı işığına məhəl qoymayıb və Manhettendə kəsişmədə şəhər avtobusu ilə toqquşub. Nyu York Yanğından Mühafizə İdarəsinin məlumatına görə, hadisə nəticəsində ən azı 81 nəfər xəsarət alıb.

Onlardan 18 nəfəri xəstəxanaya çatdırılıb, daha 63 nəfərə isə yerindəcə tibbi yardım göstərilib. Zərərçəkənlərin aldıqları xəsarətlər onların həyatı üçün təhlükə yaratmır.

Mənbə: A haber