Mərhəmət mücəssəməsibackend

Azərbaycan respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın siyasi və ictimai fəaliyyəti dövlətimiz və millətimiz üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, Mehruiban xanımın  Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının sədr müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2004-cü ildən bu günə qədər Ulu Öndərin adını daşıyan Fondun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü və Nüfuzlu beynəlxalq təşkilatlar olan UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi göstərdiyi fəaliyyət çox önəmlidir.

Mehriban xanım Əliyeva daha çox “Yumşaq güc” amilindən istifadə edir. Ölkənin siyasi həyatında uğurlu fəaliyyət göstərən Mehriban xanım Əliyeva 2017-ci ildən Birinci vitse-prezident vəzifəsini icra edir. Bu müddət ərzində  Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Onun sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində xüsusi xidmət göstərmişdir. Qısa zaman kəsiyində Mehriban xanım özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış və idarəetmədə qadınların rolunun artmasında önəmli rol oynamışdır.

Mehriban xanım ölkəmizin tarixində ilk şəxsiyyətdir ki, Onun fəaliyyət sahəsi maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir məkanını əhatə edir. Onun təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də özündə ehtiva edir.

Azərbaycan respublikasının daxili siyasətinin həyata keçirilməsundə də Mehriban xanım fəal iştirak edir. Belə ki,  dövlət idarəetməsində çevikliyin təmin olunmasında; ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatında; əhalinin sağlamlığının qorunmasında, sosial baxımdan daha həssas əhali qruplarının (şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və s.) problemlərinin həll olunmasında; xalqımızın yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin, ənənələrin öyrənilməsi, bərpası, onların yerli və dünya mədəni irsi kimi qorunması, dünyada tanıdılmasında; ekoloji problemlərin həllinə dəstək göstərilməsində; müasir təhsil sisteminin formalaşdırılmasında və həyata keçirilmisində; pandemiya zamanı əhalinin ehtiyaclarının qarşılanması və tibbi, sosial dəstək layihələrinin reallaşdırılmasında və işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsində göstərdiyi xidmət ölkəmizin müstəqilliyinin dayanıqlı olmasında xüsusi əhəmiyyətə malikdir.

Eyni zamanda Mehriban xanım Əliyevanın ölkəmizin beynəlxalq nüfuzunun artmasında xüsusi xidməti olmuşdur. Belə ki, xarici siyasət sahəsində Onun UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi ölkəmizi dünya miqyasında layiqli təmsilçiliyində, dünya əhalisinin sağlamlıq və təhsil ehtiyaclarının qarşılanması təşəbbüslərinə dəstək göstərilməsində, dünyanın maddi və qeyri-maddi irsinin bərpası və onun gələcək nəsillərə çatdırılmasında;  dinlər və mədəniyyətlərarası dialoq mühitinin yaradılmasında və ölkələrarası dostluq və səmərəli əməkdaşlıq mühitinin formalaşdırılmasında göstərdiyi fəaliyyət əvəzsiz və dəyərlidir.

Heydər Əliyev Fondunun mədəniyyətlə və incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və davamlı dəstəyi nəticəsində bu günkü yüksək səviyyəyə çatmışdırş

Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Xalqımizin yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmış, Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə və görməyə başlamışlar. Məhz bu titanik fəaliyyətin nəticəsində dünya insanı Azərbaycanı müasir və dinamik inkişaf edən ölkə kimi, Azərbaycan xalqını öz tarixi köklərinə bağlı olan multikultural və tolerant xalq kimi tanımağa başlamışdır.

Mehriban xanım UNESCO-nun Xoşməramlı səfiri və ölkəmizin Birinci vitse-prezidenti kimi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərmiş və buna nail olmuşdur ki, bu tarixi hadisə kimi dəyərləndirilməlidir.

UNESKO-nun Xoşməramlı səfir kimi Mehriban xanım Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilməsinə nail olmuşdur. Sadalanlarala bərabər mehriban xanımın təşəbbüsü ilə Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, Novruz bayramı, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Həmçinin Onun yorulmaz fəaliyyəti nəticəsində Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmışdır.

Mehriban xanım həm də ISESCO xətti ilə çox işlər görmüşdür. Belə ki, bunlara müxtəlif müsəlman ölkələrində keçirilmiş xeyriyyə aksiyalarını, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələrin reallaşdırılmasını, həmçinin Bakının İslam mədəniyyətinin paytaxtı olmasını misal göstərə bilərik.

Eyni zamnda Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Təhsilə dəstək” layihəsi ölkə miqyasından çıxaraq, beynəlxalq humanitar təşəbbüsə çevrilmişdir. Həmin layihə çərçivəsində xarici ölkələrdə – Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Həmçinin Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ nəticəsində dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binası; Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzi, Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binalarının inşası, Marneuli şəhərindəki Azərbaycan ümumtəhsil məktəbi, Tiflisdəki M.F.Axundzadə adına orta məktəb, Qardabanidəki Azərbaycan məktəbi və Dmanisidəki Azərbaycan beynəlxalq orta məktəbi; Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir edilməsi belə layihələrdəndir.

Mehriban xanım ixtisasca həkim olduğuna görə təkcə Azərbaycan əhalisinin deyil, dünya əhalisinin də sağlamlığının qorunması məsələsi daim Onun fəaliyyətinin əsasında dayanmışdır. Sağlamlığın qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində Heydər Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına qoşulmuş, əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi üçün “Talassemiyasız həyat naminə” layihəsini başlamışdır.

Eyni zamanda, 2010-cu ildə Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilən anemiya və talassemiya üzrə “dəyirmi masa”da bu istiqamətdə bir çox mühüm problemlər müzakirə edilmişdir. Məhz bu xidmətlərinə görə Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu beynəlxalq təşkilatın ali mükafatına layiq görülmüşdür ki, bu da azərbaycan tarixində bir ilkdir.

Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr Muzeyinin bərpası, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundzadənin abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmiri və digər ümumbəşəri layihələr icra edilməsi, bəşəriyyətin möhtəşəm mədəniyyət tarixinin mühafizəsinə, onun gələcək nəsillərə vacib əmanət kimi çatdırılmasına, bununla bəşəriyyətin mədəni yaddaşının qorunmasına xidmət göstərən xeyirxah missiya kimi dəyərləndirilməli və qiymətləndirilməlidir.

Mehriban xanım həm də dünyada sülhün qorunması və bərqərar olunması sahəsində də önəmli fəaliyyət göstərir. Belə ki, O, öz fəaliyyətində dünyada sülhün qorunması və münaqişə ocaqlarında sülhün bərqərar olunması işinə də böyük önəm verir. Məhz Mehriban xanımın təşəbbüsü sayəsində UNESCO və ISESCO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumu ümumbəşəri mədəniyyətə, sülhün və əmin-amanlığın bərpa olunmasına hesablanmış ən böyük addım olmuşdur. Ölkəmizdə bilavasitə Onun təşəbbüsü nəticəsində “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfranslar, “Dünya gənclərinin 4-cü məşğulluq sammiti”, BMT-nin Dövlət Xidmətləri Forumu, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər uğurla keçirilmişdir.

Mehriban xanımın digər vacib missiyası Azərbaycanın xarici siyasətindəki  ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Bununla bağlı Birinci vitse-prezidentın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyətə malikdir.

Mehriban xanəmın siyasi və ictimai fəaliyyəti müxtəlif ölkələrin rəhbərliyi səviyyəsində dəyərləndirilmiş və həmin ölkələrin ali mükafatlarına layiq görülmüşdür. Belə ki,  Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici ölkələrin ali dövlət mükafatları sırasında Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı və Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatını göstərmək olar.

Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilmişdir. Azərbaycan xalqı belə bir dəyərli xanımla qürur duyur və fəxr edir.

Aytən Süleymanova — Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Rayonun fəal gənci