Bərpa-quruculuq işləribackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin  may ayının 21-də Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzi tərəfindən tərəfindən təşkil olunmuş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə geniş çıxış eədərək bir çox vacib məsələlərə toxunmuşdur. Onlardan birincisi  İkinci Qarabağ müharibədən sonra Cənubi Qafqazda formalaşan yeni siyasi mənzərə və regionun artan siyasi –iqtisadi fəallığı barədədir.

Işğaldan azad olunmuş ərazilərdə erməni vandalları tərəfindən aparılmış böyük miqyaslı dağıntılardan sonra, Azərbaycan gələcəyə hesablanmış taktika seçmiş və bölgənin bərpası üçün strateji planlar hazırlamışdır. Məqsəd Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti formalaşdırmaqdır.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında iştirak etdiyinə görə, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması nöqteyi-nəzərindən ötən ilin sonuncu günü, 3,5 min kilometr uzunluğunda olan qaz boru xətlərini birləşdirməyi həyata keçirmişdir. Nəticədə ilk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Bu Azərbaycan dövlətinin qazandığı iqtisadi uğurlardan biridir.

Tarixən mövcud olmuş “Böyük İpək yolunun” mənəvi varisi hesab olunan və Cin Xalq Respublikası tərəfindən gündəmə gətirilən “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan dövləti fəal dəstəkləyir. Çünki bu layihə Asiyanı Avropa ilə birləşdirmək kontekstində beynəlxalq gündəliyin mühüm tərkib hissəsidir. Artıq Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlamışdır.

Həyta keçirilən enerji və nəqliyyat layihələri regionun iki ölkəsinə – Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan vermiş, ölkələrimizin beynəlxalq tərəfdaşları qarşısında əhəmiyyətini artırmağa şərait yartmışdır. Bu gün Cənubi Qafqazda qazandığımız bütün nailiyyətlərin təməli birgə səylərimiz sayəsində qoyulmuşdur.

Rusiya ilə ABŞ arasında olan nadir əməkdaşlıq mövzularından biri olan keçmiş Qarabağ münaqişəsi, onların eyni siyasi mövqedə olduğu ATƏT-in Minsk qrupu otuz ilə yaxın bir müddət ərzinndə heç bir uğur qazana bilmədi. Lakin Bakı hər iki ölkənin yüksək rütbəli hərbiçilərinin görüş məkanına çevrildi. Bu ölkəmizin həyat keçirdiyi xarici siyasətin uğuru sayılmalıdır.

Həmişə yaxşı münasibətdə olan Azərbaycan və İsrail dövlətlərinin əməkdaşlığı daha da sıxlaşmış, yaxşı ticarət münasibətləri formalaşmışdır. Azərbaycanın bu dövlətlə olan münasibətlərinin böyük tarixi vardır və ölkələr bir-birinə mənəvi cəhətdən bağlıdırlar.Çünki İsraildə böyük yəhudi-azərbaycanlı icması var, Azərbaycanda isə regionun ən çoxsaylı fəal yəhudi icması mövcuddur.

Azərbaycan-ABŞ münasibətlərində əməkdaşlığın vacib sahəsi enerji təhlükəsizliyi hesab olunur. ABŞ neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəkləmişdir və bu dəstək hələ də yerindədir. Müasir texnologiyalar və ticarət sahələrində də səmərəli əməkdaşlığımız mövcuddur.

Ölkəmizlə Çin arasında siyasət, ticarət, sərmayə qoyuluşu sahələrində çoxsaylı sənədlər imzalanmış, “İpək yolu” məsələsində Azərbaycan üzərinə düşən tapşırığa əməl edərək, Türkiyə və Gürcüstandakı tərəfdaşlarımızla birlikdə dəmir yolu şəbəkələrimizi birləşdirmiş və Xəzər dənizində müasir liman inşa etmişdir. Azad olunan ərazilərdə yenidənqurma işlərinə cəlb edilən beş şirkətlərdən biri Cin şirkətidir.

Azərbaycan Avropa İttifaqı ilə həmişə yaxşı tərəfdaş olmuşdur və bu gün də həmin siyasət uğurla davam etdirilir. Belə ki, ticarət sahəsində Avropa İttifaqının üzvü olan 9 dövlət ilə Azərbaycan Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalamış və ya qəbul etmişdir. Azərbaycan və Avropa İttifaqı enerji təhlükəsizliyi məsələlərində çox yaxın tərəfdaşlardır.

Azad olunmuş ərazilərdə bu ilin sonunadək elektrik enerjisi ilə təminat yüz faizə çatdırılacaqdır. Həmin ərazilər “yaşıl enerji” zonası elan olunmuşdur. Magistral yolların inşası prosesi həyata keçirilir. Livan boyda bir ərazidə bir milyondan çox əhali  üçün yaşayış evləri tikilməli və infrastruktur yaradılmalıdır.

Otuz ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan çox acınacaqlı vəziyyətə düşmüşdür. Regionda blokada düşmüş, iqtisadi, siyasi və hərbi cəhətdən iflasa uğramışdır. Müharibədən sonrakı altı ay ərzində ölkə böhran içərisindədir və getdikcə bu böhranın miqyası genişlənir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq mövcuddur və bu hal daha da dərinləşmək tendesiyasını götürmüşdür. Uzun illər ərzində Ermənistanın siyasi elitası Azərbaycanı iblis simasında təqdim edərək ictimai rəyi çaşdırırdılar. Ermənistan cəmiyyətində Azərbaycana qarşı olan nifrətin səviyyəsi, azərbaycanofobiya, Azərbaycanın iblisləşdirilməsi siyasəti o qədər yüksək səviyyədə idi ki, erməni cəmiyyətinin bir hissəsi bu yalanlara inanmağa başlamışdılar.

Rəsmi İrəvan siyasətçiləri hətta 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da yalan danışmaqdan əl çəkməmişdilər. Müharibə Ermənistanın işğalçı siyasətinə son qoyaraq  “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini tarixin arxivinə göndərdi. Azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılır. Azərbaycan kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağl layihələrin artıq həyata keçirməyə başlamışdır.

Cənubi Qafqaz çox mühüm bir tarixi dönəmdən keçir. Müharibədən sonra dövrdə azərbaycan xalqı üçün ermənilərin törərdikləri vəhşililklərə görə vandalaları bağışlamaq prosesi çox ağrılı olacaq. Lakin biz gələcəyi fikirləşməliyik. Bütün problemlərə rəğmən biz əməkdaşlığa hazırıq. Bu səhifəni çevirib yenisini açmaq lazımdır. Bu daha çox millətçilik girdabına yuvarlanmış Ermənistana lazımdır.

Müharibədən sonrakı dövrdə bu iki dövlət arasındakı əlaqələrin normal-laşmasında ABŞ böyük rol oynaya bilər. Çünki ABŞ dünyada aparıcı ölkə olmaqla bərabər, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. O dünyanın hər bir regionunda mühüm rol oynayır. ABŞ öz potensialından istifadə edərək Ermənistanı inandıra bilər ki, revanş məsələsinin gündəmə gətirilməsi onlar üçün faciə ilə bitəcək. Ermənistan bir dövlət kimi məhv ola bilər.

Dünyada mövcud olan qlobal problemlərdən biri də ekologji məsələlərdir. Qlobal ekoloji vəziyyətin qorunmasında Azərbaycan özünü məsuliyyətli ölkə kimi aparır və gələcək barədə düşünən hökumət kimi biz bərpaolunan enerji üçün investorlar cəlb etməyə başlamışıq. İşğaldan azad edilmiş ərazilərdə – Laçın rayonunda ilk su elektrik stansiyasının açılışı bir neçə ay bundan əvvəl həyata keçirldi və daha on su elektrik stansiyasının tikintisi nəzərdə tutulmuşdur.

Keçən il biz 1 günəş və 1 külək enerji stansiyası tikmək üçün bərpa olunan enerji üzrə dünyanın iki aparıcı şirkəti – Səudiyyə Ərəbistanın “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə 2 investisiya razılaşması imzalamışıq. Biz Qarabağ bölgəsində “yaşıl enerji” zonasının icrasına başlamışıq. Digər ekoloji problemlərin qlobal səviyyədə həll olunması üçün dövlətimiz lazım olan  hər şeyi edəcəkdir. Biz bunu prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirəcəyik.

Abas Abbaszadə — Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, rayonun fəal gənci