Mirhəsən Seyidov ölkə başçısı tərəfindən təltif edilibbackend

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

İctimai.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Mirhəsən Mirheydər oğlu Seyidov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Mirhəsən Seyidov bununla bağlı ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürünü bildirib:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif edildiyim “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və vəsiqəsi mənə təqdim edildi. Cənab Prezident İlham Əliyevin Ulu Öndərimizin adını daşıyan yubiley medalı, bu yüksək təltif mənim üçün çox böyük şərəfdir.  Möhtərəm cənab Prezidentə təşəkkürümü bildirirəm”!